Xəbər: Sayt sifarişi

Texnologiyaların inkişaf etdiyi bir vaxtda artıq hər kəs öz saytını qurmaq istəyir. Əgər özünüz öz saytınızı qura bilmirsinizsə o zaman sayt sifarişi ilə məşğul olan firmalara müraciət edə bilərsiniz. Bəs sizcə o firmalar sizin sayt sifarişinizi istədiyiniz vaxtda və istədiyiniz keyfiyyətdə hazırlaya biləcəkmi? Bəzi insanlar fikirləşirlər ki, müqavilə bağladıq sayt sifarişi etdik və artıq hazır saytımıza müqavilədə qeyd olunan vaxta sahib olacağıq. Bəli, əslində elə olacaq, ancaq sonda sizin istəmədiyiniz nəticələrdə ortaya çıxacaq. Sual yarana bilərki necə yəni mən nümunə göstərdiyim kimi sayt sifarişi etmişəmsə niyə də nümunədəki kimi sayt olmasın? Bunun açıqlaması aşağıdakı kimidir: * Saytınızın hazırlanmasının İlk mərhələsində saytınızın dizaynı qurulur. Bu dizaynı da siz sayt sifarişi edərkən nümunə saytlarda göstərmisiniz ki belə olacaq. Deyək ki dizayn hissəsi sizin nümunə saytlardakı dizayn kimi hazırlanır və siz menu hissəsini bir saytda görüb bəyənmisiniz(Belə olmasını istəyirsiniz), slayd hissəni bir saytda görüb bəyənmisiniz qalereyanı da bir saytdan. Sizin saytınız qurularkən nümunə saytdakı alt-alta olan menyudursa və nümunə saytdakı slaydın eni tam ekrandırsa o zaman menyu slaydın üzərində qurula bilər və ya aşğı hissəsində qurula bilər və sayt hazır olduğu vaxtı gözləyib sayt sifarişiniz hazır olduqdan sonra saytınıza baxdıqda siz tələb etdiyiniz funksiyaların nümunələrdəki kimi olduğunu və dizaynın tam sizin istədiyiniz kimi gözəl olmadığını görəcəksiniz. Məsələn, menyu nümunə saytınızda alt altadırsa və slaydınız da full width(en hissəsi tam ekran) olursa sizin saytda menyu slaydın altına qoyulubsa siz istəmədiyiniz görünüş alına bilər və siz bu dizaynı bəyənməyəcəksiniz ki, menyular yan-yana düzülsəydi daha yaxşı görünərdi və s. Onun üçün siz saytınızın hazır olma vatına qədər hazırlanma müddətində saytınızda gedən bütün işləri etap etap izləməlisiniz ki, saytınız tam sizin istədiyiniz kimi olsun. * İdarə panelinin geniş olması. Məsələn, sizin saytınızın əlaqə bölməsi və ya hər hansı bir bölməsinin dizayn hissəsini görmüsünüz və bəyənmisiniz. Sayt sifarişiniz tamamlanıb və saytınızı istifadə edirsiniz. Müəyyən vaxtdan sonra siz o bölməyə dəyişiklik etmək istəyirsiniz və idarə panelinə girib görürsünüz ki saytınızın həmin hissəsində məlumatları idarə panelindən redaktə etmək olmur və o məlumatı dəyişə bilmək üçün sizə əlavə xərc tələb olunacaq. sayt sifarisi
Bunun üçün saytınızı təfil alarkən idarə panelinə diqqətlə baxmalısınız ki, bütün bölmələrə yeni məlumət əlavə edib silmək və redaktə etmək olurmu. Bu tipli problemlərin çıxmaması üçün sayt sifarişi tamamlanana qədər biz müştərilərimizlə mütəmadi əlaqədə oluruqki müştərilərimiz xidmətlərimizdən məmnun olsun.

Baxış sayı: 54

İp sayı: 25

BÜTÜN YENİLİKLƏR

Bizimlə əlaqə

Phone

+994 50 522 17 86

Email

N.business.line@gmail.com

Address

Nərimanov, Əhməd Rəcəbli

Social